image-1backend

Şamaxıda toyda 21 nəfər qidadan zəhərlənib

image-reklam_sirab_01

Şamaxı rayonunda toyda 21 nəfər qidadan zəhərlənib.

Vətəninfo.az-ın məlumatına görə, hadisə rayonun Məlikçobanlı kəndində keçirilən toyda qeydə alınıb.

Toyda qidadan zəhərlənən qonaqlar təcili tibbi yardım avtomobilləri və şəxsi avtomobillərlə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılaraq həkim nəzarətinə götürülüb.

Xəstəxanadan verilən məlumata əsasən, zəhərlənənlərin vəziyyəti qənaətbəxş hesab olunur və onların bir hissəsi artıq evə buraxılıb.

Qeyd edək ki, qidadan zəhərlənən 21 nəfərdən 10-u qadın, 7-si uşaqdır.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi hadisə ilə bağlı açıqlama verərək qeyd edib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün vətəndaşa məxsus həyətyanı sahədə təşkil olunmuş toy mərasimində istehlak edilən müxtəlif qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib:

“İlkin ehtimallara əsasən hadisə ev şəraitində hazırlanmış məhsulların istehlakı nəticəsində baş verib. Faktla bağlı araşdırmalar davam etdirilir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki