“Gələn ilin Azərbaycanın dövlət büdcəsinin əsas xərc istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpa olunması, həmin ərazilərə böyük qayıdışın təmin edilməsidir”.
Veteninfo.az-ın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Bununla belə, nazirin sözlərinə görə, gələn il büdcədə sosialyönümlü xərclər də priorotet olacaq: “Büdcədə sosialyönümlü xərclərin payı 46,4%-ə yüksələcək. Növbəti il maaşların, pensiyaların, müavinət və təqaüdlərin artırılması nəzərdə tutulub. Bunun üçün lazımi qədər vəsait ayrılıb. 2022-ci ildə ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün də 258 milyon manat vəsait ayrılacaq”, – nazir qeyd edib.
“Gələn il dövlət sifarişi ilə ali təhsilə isə 544 milyon manat vəsaitin yönəldilməsi, təaqüd alan tələbələrin sayının 12 min artırılması nəzərdə tutulur”, – nazir bildirib.