Samuxda yanğın hadisəsi baş verib.
Veteninfo.az-ın məlumatına görə, hadisə rayonun Seyidlər kəndində qeydə alınıb. Kənd sakininə məxsus 3 otaqlı evdə anidən yanğın başlayıb. Dərhal FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi hadisə yerinə cəlb olunub.
Yanğın söndürülüb. Hadisə zamanı 2019-cu il təvəllüdlü Bayramov Bakir Emin oğlu yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Azyaşlının vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.