image-saxarovbackend

Saxarov, Qorbaçov, Muratov…

image-reklam_sirab_01

Rusiyada fəaliyyət göstərən yeganə müstəqil qəzet olan “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov Nobel Sülh mükafatına layiq görülüb. Bu barədə Nobel komitəsi bəyan edir.

Mükafatı habelə filippinli jurnalist qadın Mariya Ressa da alıb. Qeyd olunur ki, Muratov və Resse “demokratiya və dayanıqlı sülh üçün zəruri şərt olan söz azadlığının müdafiəsinə yönəlmiş səylərinə görə” Nobel Sülh mükafatına layiq görülüblər.

Dmitri Muratov teleaparıcı, jurnalist və “Novaya qazeta”nın əsasını qoyanlardan biridir. O, Nobel sülh mükafatına layiq görülən üçüncü rusiyalı xadimdir. Ona qədər həmin mükafatı akademik və insan haqları müdafiəçisi Andrey Saxarov və SSRİ rəhbəri Mixail Qorbaçov alıblar.

Mariya Ressa isə yazıçı-jurnalistdir, “Rappler” adlı xəbər saytının təsisçidir. 20 ilə yaxındır Cənub-Şərqi Asiyada aparıcı reportyor kimi işləyib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki