DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.
Vətəninfo.az DİN-ə istinadən xəbər verir ki, növbəti tədbirlərlə daha bir narkoşəbəkənin üzvləri əvvəllər məhkum olunmuşlar Xaliq Hüseynzadə, Seymur Məmmədli və tanışı Elşən Qəniyev saxlanılıblar. Onların üzərindən, avtomobillərindən və yaşadıqları evlərdən 35 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və heroin aşkarlanıb.
Saxlanılan şəxslər ifadələrində narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onlar barəsində həbs-qətimkan tədbirləri seçilib.
X.Hüseynzadə, S.Məmmədli və E.Qəniyevlə əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.