image-11backend

“Şəhid ailələri və müharibə veteranları ilə iş” adlı layihə davam edir – FOTOLAR

image-reklam_sirab_01

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyi avqustun 14-ü Abşeron rayonunda Şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirib.

Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Şəhid ailələri və müharibə veteranları ilə iş adlı layihə çərçivəsində hüquqi marifləndirmə və psixoloji yardım göstərilib. Hüquqi yardıma ehtiyacı olanların probleminin həlli istiqamətində aidiyyatı üzrə hüquqi marifləndirmə və hüquqi yardım göstərilib.Ekspert tərəfindən problemi olan şəxslərlə bağlı müraciətləri qəbul edərək problemin həlli üçün işlər görülüb.Eyni zamanda pisxoloqlar şəhid ailələri və müharibə iştirakçılarına psixoloji yardım üçün müəyyən testlər götürüblər. Testin nəticəsi olaraq Depressiyası və təşfişi olanların qeydləri aparılıb. Psixoloji yardım almaq üçün aidiyatı qurumlara yönəldiləcəkdir. Məlumat üçün bildiririk ki, tədbir iştirakçılarına layihə çərçivəsində çap edilmiş şəhid ailələrinin, əlilliyi olan müharibə iştirakçılarının və əlilliyi olmayan müharibə iştirakçılarının hüquqları ilə bağlı kitab paylanılıb.Sonra tədbir çay fasiləsi ilə davam edib.İştirakçılar bu kimi görüşlərin olmasını təqdirə layıq hesab ediblər.

Görüşdə çıxış edən “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranlari” İctimai Birliyiyini sədri Bəhruz Məmmədzada bildirib ki, qazilərin, şəhid ailələrinin problemləri hər zaman dövlətimizin dəstəyi ilə həll edilib . Görüşdə çıxış edən Abşeron İcra Hakimiyyyəti yanında İctimai Şuranın sədri Xatirə xanım  qazi və şəhid ailələrinə dövlət dəstəyindən danışdı.

Görüşdən sonra xatirə fotoları çəkildi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image