Bu yazı-zad deyil e, bu mənim ürəyimin hayqırtısıdır..
Ana..ata..
Sizin yeriniz evdə yox,mənim içimdə boş qalıb.Yaşım nə olur-olsun,içimdə hələ də uşaq var,istəyir başını qoysun dizinizə.Amma o diz də yoxdu artıq,torpaqdadı..Son dəfə necə baxdım sizə,yadımda deyil..Amma bilirəm ki,az oldu..çox az oldu.İndi nə eləsəm də gecdi,hər şey bitib..
Sən Fariz..
Mənim hər şeyim idin..Səni torpağa verəndə,vallah mən də getdim səninlə..Sadəcə mənim üstümü torpaqla örtmədilər,sükutla örtdülər.Hamı gedib..Bir nəfər də qalmayıb ki,məni ürəkdən istəsin..Bir nəfər də qalmayıb ki,“hardasan?” desin..Danışsam da kim anlayacaq ki..Mən artıq yaşayan kimi danışmıram,mən itirən adam kimi susuram.Gecələr lap pis keçir..Hamı yatır,amma mənim içimdə qiyamət qopur.Adını çəkirəm,cavab yoxdu..Anamı çağırıram,səsim geri qayıdır..Atam yadıma düşür,içim parçalanır..Deyirlər zaman sağaldır,boş söhbətdi.Zaman sadəcə öyrədir ki,ağrıyla necə yaşayasan.Amma o ağrı getmir,qalmış kimi qalır.Kaş insan sevdiklərindən doyub sonra ayrılıq olardı,amma həyat ən çox sevdiyin yerdən sınadırmış səni..


























