image-11backend

Şəhidimiz doğum günündə məzarı başında anıldı – Foto

image-reklam_sirab_01

Bu gün şəhid Hüseynzadə Fərid Eldəniz oğlu doğum günündə anılıb.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, RİHBA-nın şöbə müdirləri, Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri Şəhidimiz Hüseynzadə Fərid Eldəniz oğlunun doğum günü münasibətilə ailəsinə baş çəkərək, onların qayğıları ilə maraqlanıb və ərzaq yardımı göstəriblər. Həmçinin, məzarını ziyarət edərək şəhidin ruhuna dualar oxunub.

Əziz Əzizov Fərid Hüseynzadənin ailəsinə bir daha dərin hüznlə başsağlığı verib, onlara səbr, dözüm arzulayıb: “Ali Baş Komandan İlham Əliyevin dönməz iradəsi, düşünülmüş rəhbərliyi, ordumuzun məğlubedilməzliyi, hünəri və qətiyyəti sayəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin qanı yerdə qalmadı.

İnanırıq ki, bu gün şəhidlərimizin ruhu şaddır. Məhz belə vətənpərvər gənclərimizin canı-qanı bahasına bu gün Qarabağımız azaddır”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki