image-1backend

Şəhidimizin nəşi Əmircanda torpağa tapşırıldı

image-reklam_sirab_01

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İbrahimov Cəmaləddin İbad oğlunun nəşi paytaxtın Suraxanı rayonunun Əmircan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Vətəninfo.az xəbər verir ki, dəfn mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Cəmaləddin İbrahimov 1994-cü ildə Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki