image-2021-05-22-6backend

Şəhidin doğum günü ərəfəsində körpəsi dünyaya gəlib

image-reklam_sirab_01

Azərbaycanın suverenliyi və ərazi bütövlü uğurunda 27 sentyabr 2020-ci ildə başlayan və Müzəffər Ordumuzun qələbəsi ilə bitən Vətən müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri, şəhid polkovnik leytenant Baxşəliyev Qərib İnqilab oğlunun bu gün doğum günüdür.
Şəhidin doğum günündə onun əziz xatirəsini yad etmək məqsədilə bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və rayon icra hakimiyyətinin əməkdaşları şəhidin məzarını ziyarət edib və igid Vətən oğlunun unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.
Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edərkən şəhidlik zirvəsinə ucalan polkovnik leytenant Baxşəliyev Qərib İnqilab oğlunun bir neçə gün əvvəl isə qız övladı dünyaya gəlib.
Şəhidin yeni dünyaya göz açan körpəsinə Cənnət adı verilib. Bu, şəhidin dördüncü övladıdır.
Qərib Baxşəliyevin yeni doğulan övladı evə ailə üzvləri, Nərimanov Rayon İcra Hakmiyyəti başçısının müavini İradə Mahmudova və İcra Hakimiyyətinin əməkdaşları, şəhidin hərbçi yoldaşlarının iştirakı ilə yola salınıb.
Qeyd edək ki, şəhid Qərib Baxşəliyev Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Şəhidimizin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki