image-02-4backend

Şəhidlərin qanı yerdə qalmadı.

image-reklam_sirab_01

 

27 Sentyabr 2020-ci ildə başlayan II Qarabağ müharibəsi ilə xalqımız 44 gün ərzində çox ağrılı günlər yaşadı. Ancaq bu çətin günlərinin ən sevindirici yanı sonunun qələbə ilə nəticələnməsi idi. Xalqımızın, əsgərlərimizin tək istəyi I Qarabağ müharibəsində Qarabağ uğrunda şəhid olanların qanının yerdə qalmaması idi.

Müzəffər ordumuz igidlərimizin qisasını döyüş meydanında aldı. Mənfur düşmənin isə müharibə dövründə etdiyi tək şey gecə saatlarında, hər kəsin yatdığı anlarda bu sükutu raket səsləri ilə pozmaları idi. Cəbhədə atəşkəsi pozmaqla yanaşı, raket hücumları ilə əliyalın xalqı evsiz-eşiksiz buraxdı. Bunun ən bariz sübutu Gəncə, Tərtər və Bərdədir. Neçə ailələr məhv oldu, ailələr övladsız, övladlar ailəsiz qaldı. Şəhid ailələri bu gün məzarları qucaqlayarkən qanlarının yerdə qalmadığını fəxrlə söyləyirlər.

Şəhid ailələri oğullarının şəhid xəbərini sevinclə qeyd edir, tabutlarını çiyinlərində daşıyırdılar. Onları sevindirən o idi ki, 30 illik Qarabağ adlı həsrətə son qoyan qəhrəmanlardan biridə onların oğulları, yoldaşları, qardaşları, atalarının olması idi. Onlar öz şəhidləri, ali baş komandan, bizə bu Qələbəni bəxş edən qəhrəman əsgər və zabitlərimiz ilə fəxr edirlər.

Azərbaycanın Polad Həşimov, Cəbrayıl Dövlətzadə kimi neçə oğulları 30 illik həsrətin, vətəni uğurunda canından keçən oğulların qisasını 44 gündə aldı. Biz onları hörmət və ehtiram ilə yad edir, gələcək nəslə tanıtmaq üçün əlimizdən gələni edirik. Onlar ilə kiçikdən böyüyə bütün Azərbaycanlılar  fəxr edir.

Qələbəni qanları ilə bizə bəxş edən cəsur şəhidlərimiz, bədənində Vətən izləri qalmış qazilərimiz, müharibə ərəfəsində mərdlik göstərən əsgərlərimiz, zabitlərimiz, ürəyi Azərbaycanla döyünən millətimiz və ən əsası 44 gün ərzində Azərbaycanı “Dəmir Yumuruq” kimi ətrafına toplayan ali baş komandan İlham Əliyev bizim qürur mənbəyimizdir. Onları qəhrəmanlığı, şücaəti, fədakarlıqları idi onları dastana çevirən.

12 aprel 2021-ci ildən xalqın ziyarətinə açıq elan edilən “Hərbi Qənimətlər Parkı”  Azərbaycan Silahlı Qüvvələrinin II Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunub. Parkda Ermənistan Silahlı Qüvvələri məxsus olan Rusiya istehsallı tank, “Qrad” qurğuları, top və digər müharibə texnikası nümayiş etdirilir. Bu park müharibə dövrünə aid hər bir şeyi görmək mümkündür. Park şəhidlərimizin qanlarının yerdə qalmadığını göstərən əyani sübutdur.

Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları yenidən dirçəldəcəyik. Ən əsası qələbəni bizə bəxş edənlər Qarabağın daimi sakinləri hər zaman qəlbimizdə yaşayacaq. Qisasınız alındı, rahat  yatın.

Ələviyyə Oruczadə

Azərbaycan Dillər Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki