Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov şahmat üzrə dünya çempionu Cu Venjun (Çin) üzərində qələbə qazanıb.
Bu, ənənəvi London Chess Classic turnirinin 3-cü turunda baş verib. Bu, Azərbaycan şahmatçısının turnirdə ilk qələbəsidir.
Məmmədyarov 2 xal toplayıb və Vidit Qucrati (Hindistan) ilə 2-3-cü yerləri bölüşür. İngiltərəli Givayn Cons 2,5 xalla liderdir.