image-1backend

Şəki sakini kombaynın altında qalaraq ölüb

image-reklam_sirab_01

Şəkidə taxıl sahəsində bədbəxt hadisə baş verib.

Vətəninfo.az-ın xəbər verir ki,  hadisə günorta saatlarında rayonun Sarıca kəndinin ərazisindəki taxıl sahəsində baş verib.

Rayonun Qayabaşı kənd sakini olan 1963-cü il təvəllüdlü Qiyas Məmmədbağır oğlu Mehdiyev kombaynda təmir işləri aparan zaman kombayın hərəkətə gəlib və Q. Mehdiyev texnikanın altında qalıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki