44 günlük müharibədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanın siyasi hakimiyyətinə Azərbaycanın planları haqda məlumat verib.
Vətəninfo.az armtribunal.com saytına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyanın açıqlamasında bildirib ki, 2020-ci ildə müharibənin başlamasına az müddət qalmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının o vaxtkı belaruslu baş katibi Stanislav Zas Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana məxfi məktub göndərib.
Saytın məlumatına görə, məktub müharibədən 26 gün əvvəl göndərilib və mümkün hərbi əməliyyatların ssenarisi, regiondakı hərbi balansın dəyişməsi və Ermənistanın qarşılaşdığı risklər barədə ətraflı məlumat yer alıb. İddialara görə, sənəddə 2019-cu ildən Ermənistanda fəaliyyət göstərən gizli agentura şəbəkələrindən, hərbi balansın Azərbaycanın xeyrinə dəyişməsindən, eləcə də Ermənistanın informasiya və diplomatik cəbhələrdə uduzmasından bəhs edilib. Daha diqqətçəkən məqam isə odur ki, İrəvana qabaqlayıcı şəkildə KTMT-yə müraciət etməsi və təşkilatın dəstəyindən yararlanması tövsiyə olunub.
Minasyanın açıqlamalarına görə, məktubda göstərilən ssenari sonradan baş verən hadisələrlə böyük ölçüdə üst-üstə düşüb. Buna baxmayaraq, Ermənistan hakimiyyətinin xəbərdarlığa lazımi reaksiya vermədiyi iddia edilir.

Armtribunal.com-un materialında Minasyanın daha bir mühüm iddiası yer alır. Keçmiş səfirin sözlərinə görə, KTMT-nin baş katibi Stanislav Zasın Armen Qriqoryana göndərdiyi məktubda müharibənin mümkün gedişatı barədə kifayət qədər konkret məlumatlar olub. Minasyan iddia edir ki, sənəddə göstərilən ssenari sonradan baş verən hadisələrlə 99 faiz üst-üstə düşüb.
Minasyanın açıqlamasına əsasən, Ermənistan hakimiyyəti həmin xəbərdarlığa lazımi reaksiya verməyib. Paşinyan hökumətinin KTMT-yə rəsmi müraciəti isə yalnız müharibənin sonlarına yaxın baş tutub. Bu iddialar Ermənistan hakimiyyətinin sonrakı illərdə KTMT-ni müharibə zamanı İrəvana yardım göstərməməkdə ittiham etməsi fonunda xüsusi əhəmiyyət daşıyır. KTMT ilə münasibətlərdə gərginlik 2018-ci ildən etibarən daha da artıb. Həmin il təşkilatın baş katibi, general-polkovnik Yuri Xaçaturov Ermənistanda həbs edilmişdi. Ermənistanın bu addımı təşkilat daxilində ciddi narazılığa səbəb olmuşdu.
Daha sonra Belarusun nümayəndəsi Stanislav Zasın KTMT baş katibi vəzifəsinə namizədliyi uzun müddət bloklanıb. Nəticədə təşkilatın fəaliyyətində müəyyən fasilə yaranıb. Maraqlıdır ki, Zasın missiyası başa çatdıqdan sonra onu məhz Nikol Paşinyan mükafatlandırıb.
2022-ci ilin sentyabrında isə Ermənistan KTMT-yə hərbi yardım üçün müraciət edib. Təşkilat Ermənistanın müraciətinə cavab olaraq diplomatik dəstək, hərbi-texniki yardım və sərhədlərə müşahidə missiyasının göndərilməsini nəzərdə tutan təkliflər hazırlayıb. Lakin Ermənistanın həmin təşəbbüslərin həyata keçirilməsinə razılıq vermədiyi bildirilir.

Əgər belə bir sənəd həqiqətən mövcud olubsa və orada Azərbaycanın hərbi üstünlüyünün artdığı, Ermənistanın informasiya və diplomatik müstəvilərdə geridə qaldığı, həmçinin mümkün hərbi əməliyyatların ssenarisi barədə xəbərdarlıq edilibsə, onda 44 günlük müharibənin nəticələri ilə bağlı Ermənistan daxilində yeni suallar yaranır. Üstəlik, Armtribunal.com-un materialında KTMT ilə bağlı daha əvvəl səsləndirilmiş iddialar da xatırladılır. 2018-ci ildə KTMT-nin baş katibi Yuri Xaçaturovun Ermənistanda həbs edilməsi, Belarusun namizədi Stanislav Zasın baş katib seçilməsinin aylarla bloklanması və sonrakı dövrdə İrəvanın təşkilatın fəaliyyətində iştirakını məhdudlaşdırması həmin ziddiyyətli siyasətin ayrı-ayrı mərhələləri kimi təqdim olunur.
2022-ci ilin sentyabrında Ermənistanın KTMT-yə hərbi yardım üçün müraciəti də bu mənzərəni tamamlayır. Saytda deputat Kazaryanın iddialarına əsasən, təşkilat Ermənistan üçün diplomatik dəstək, hərbi-texniki yardım və müşahidə missiyasından ibarət paket hazırlayıb. Lakin həmin təşəbbüslərin reallaşmasına Ermənistanın özünün mane olduğu bildirilir.Musavat.com


























