Formula 2 üzrə Azərbaycan Qran-Prisinin birinci əsas yarışına yekun vurulub.
“Rodin” komandasının irlandiyalı pilotu Aleks Dann finişə birinci çataraq yarışın qalibi olub. Onun komanda yoldaşı Martinius Stenşorne ikinci, “DAMS Lucas Oil” komandasının isveçli pilotu Dino Beqanoviç isə üçüncü olub.
Yarış zamanı zəncirvari qəza da baş verib. İnsidentdən sonra təhlükəsizlik məqsədilə trasda qırmızı bayraq dalğalandırılıb və yarışa fasilə verilib. Qəza nəticəsində Tsolov, Dürksen, Van Hoepen, Bennet, Villaqomes, Miyata və Şilds mübarizəni vaxtından əvvəl dayandırıblar.
Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü də keçirilib. “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen birinci, “Mercedes”in britaniyalı sürücüsü Corc Rassel ikinci, “Ferrari”nin britaniyalı pilotu Luis Hemilton isə üçüncü nəticəni göstərib.


























