image-reklam-veteninfo
image-1backend

SEPAH: “ABŞ şərtlərimizi qəbul etməsə, Hörmüz boğazı açılmayacaq”

image-reklam-veteninfo

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebbi Hörmüz boğazının açılmasının ABŞ-nin Tehranın irəli sürdüyü şərtləri qəbul etməsindən asılı olduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, Mohebbi Hörmüz boğazında mövcud vəziyyətlə bağlı açıqlamasında boğazın İranın nəzarətində olduğunu və hazırda Fars körfəzində heç bir düşmən hərbi gəmisinin olmadığını iddia edib.

SEPAH sözçüsü qeyd edib ki, İran bir ay əvvəl Omanla Hörmüz boğazı ilə bağlı danışıqlara başlayıb və tərəflər arasında qarşılıqlı razılaşmalar əldə olunub.

“Danışıqlar zamanı İran və Oman arasında Hörmüz boğazındakı paylarla bağlı razılıq əldə edilib. ABŞ təxribatdan əl çəkərək Anlaşma Memorandumuna qayıtsa, İran Hörmüz boğazını aça bilər. Bunun üçün Tehranın şərtləri Vaşinqton tərəfindən qəbul edilməlidir. Əks halda, boğaz açılmayacaq”, – deyə Mohebbi vurğulayıb.

Qeyd edək ki, İranın Hörmüz boğazına nəzarəti ilə bağlı açıqlamaları regionda artan gərginlik fonunda səslənib. Hörmüz boğazı Fars körfəzini Oman körfəzi və Ərəb dənizi ilə birləşdirən strateji su yolu olmaqla, qlobal enerji daşımaları baxımından mühüm əhəmiyyət daşıyır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki