image-reklam-veteninfo
image-img-20260724-wa0042backend

Seymur Orucov Birinci Qarabağ müharibəsi şəhidinin qardaşı və veteranı Nəsimi Həsənovu müalicə aldığı tibb ocağında ziyarət edib

image-reklam-veteninfo

Ağstafa rayonunun Qırılı kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidimiz Nəriman Məhəmməd oğlu Həsənovun qardaşı, müharibə veteranı Nəsimi Həsənov keçirdiyi avtoqəza səbəbindən stasionar şəraitdə müalicə olunduğu Qazax Rayon Mərkəzi Xəstəxanasında ziyarət olunub. Belə ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov məsul şəxslərlə birlikdə müharibə veteranına baş çəkib, səhhəti və müalicəsinin gedişatı ilə yaxından maraqlanıb. Həkimlər bildiriblər ki, zəruri təhlil və diaqnostik prosedurlar əsasında təyin edilmiş kompleks müalicə prosesi uğurla davam edir və pasiyentin həyatı üçün hər hansı bir təhlükə yoxdur. N.Həsənov isə öz növbəsində tibb personalının ona göstərdiyi peşəkar qulluq və inetnsiv terapiya xidmətlərindən yüksək məmnunluğunu ifadə edib. O, dövlətimizin şəhid ailələrinin üzvlərinə, qazilərə, eləcə də digər həssas qruplara göstərdiyi xüsusi diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Uca Tanrıdan Vətənimizin şəhid övladlarına rəhmət diləyir, qazilərinə və səhhətləri ilə bağlı müalicə olunan bütün müharibə iştirakçılarına tezliklə sağlamlıqlarına qovuşmasını arzu edirik!

image-img-20260724-wa0045-1 image-img-20260724-wa0045 image-img-20260724-wa0043 image-img-20260724-wa0042 image-img-20260724-wa0041 image-img-20260724-wa0040




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki