image-reklam-veteninfo
image-395a7535-ba37-4cde-a3d9-749c0a4d7492backend

“Seysmologiya sahəsində Maarifləndirmə” İctimai Birliyi QHT Agentliyinin 2026-cı il Qrant müsabiqəsinin qalibi oldu

image-reklam-veteninfo

“Seysmologiya sahəsində Maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2026-cı il Qrant müsabiqəsinin qalibi olmuşdur.

Layihə çərçivəsində “Zəlzələ zamanı düzgün davranış qaydaları”nın təbliği məqsədilə 27 avqust 2026-cı il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 1, 2, 3 saylı Uşaq evi sosial xidmət müəssisələri və 1 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsinin sakinləri və əməkdaşları üçün 1 saylı Uşaq evi sosial xidmət müəssisəsində maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbiri “Seysmologiya sahəsində Maarifləndirmə” İctimai Birliyinin Sədri Səmədzadə Afaq layihə haqqında iştirakçılara ümumi məlumat vermişdir. Daha sonra Babazadə Aytən “Zəlzələ zamanı düzgün davranış qaydaları” mövzusunda məruzə ilə çıxış etmişdir.
Tədbirin sonunda uşaqlarla zəlzələ zamanı düzgün davranış qaydalarına həsr olunmuş interaktiv oyun keçirilmiş, onların sualları cavablandırılmış və təlim iştirakçılarına sertifikatlar təqdim edilmişdir. Daha sonra iştirakçılara su və meyvə dəsti, eləcə də dəftərxana ləvazimatları təqdim olunmuş və  xatirə şəkli çəkilərək maarifləndirmə tədbiri yekunlaşdırılmışdır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki