image-reklam-veteninfo
image-1backend

Simeone: “Barselona” əla futbol nümayiş etdirdi və layiqli qələbə qazandı

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, “Atletiko Madrid”in argentinalı baş məşqçisi Dieqo Simeone İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Barselona”ya 0:1 hesablı məğlubiyyəti şərh edib. İlk görüş 4:4 hesablı bərabərliklə başa çatıb.

“Bizim layiqli rəqabətimiz var idi”. Rəqib əla futbol nümayiş etdirdi və layiqli qələbə qazandı. Biz də eyni inadla mübarizəmizi davam etdirəcəyik. Mən yalnız çempionatın müsbət nəticə ilə başa çatmasını düşünürəm. Çalışacağıq ki, önümüzdəki komandalarla fərqi aradan qaldıraq.

İlk hissədə çox yaxşı oynamadıq, amma rəqib bizi cəzalandırmadı. Bu, bizə inamı saxlamağa və ikinci hissəyə lazımi münasibətlə girməyə imkan verdi. Uğura yaxın idik. “Barselona”nın oyununu bəyənirəm” – deyə Simeone “Marca”ya istinadən xəbər verir.

İspaniya kubokunun finalında “Barselona” “Real”la qarşılaşacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki