image-1backend

Şirer Ronaldo haqqında: Mən döyülmüş qoca şir gördüm

image-reklam_sirab_01

İngiltərə milli komandasının və “Nyukasl Yunayted”in sabiq hücumçusu, İngiltərə futbol televiziyasının şərhçisi Alan Şirer Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının 39 yaşlı hücumçusu Kriştianu Ronaldonun 1/8 finalda Sloveniyaya qarşı uğursuz oyununu şərh edib. Vətəninfo.az xəbər verir ki, 105-ci dəqiqədə Ronaldonun penalti zərbəsini qapıçı Yan Oblak geri qaytarıb.

Portuqaliya penalti zərbələrində Sloveniyaya 3:0 hesabı ilə qalib gəlib. Portuqaliyalı qapıçı Dioqu Kosta üç seyv edib. Ronaldo, Bruno Fernandes və Bernardo Silvanın zərbələri  ugurlu olub.

“Elə hiss edirəm ki, Ronaldo həmişə mərkəzi fiqur olmaq istəyir, amma mən həm də pəncələrinin ucları ilə lider mövqeyinə yapışan, bu vəziyyətdən çıxmaq iqtidarında olmayan və ya istəməyən döyülmüş, qoca bir aslan gördüm” deyə  Şirer  “The Athletic” nəşrinə açıqlamasında bidirib.

Portuqaliyanın 1/4 finaldakı rəqibi dünya vitse-çempionu Fransa olacaq. Həmin görüş iyulun 5-də baş tutacaq .


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image