Gələn il Milli Məclisdə deputatlarının təmsil olunduğu siyasi partiyaların maliyyələşməsinə ayrılan vəsaitin məbləği müəyyənləşib.
Veteninfo.az-ın xəbərinə görə, bu məsələ “2022-ci il dövlət büdcəsi zərfi haqqında qanun layihəsində əksini tapıb.
Sənəddə qeyd edilib ki, VI çağırış Milli Məclisində deputatları təmsil olunan siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu da ötən illə müqayisədə 1 milyon manat və ya 25 faiz çoxdur.