image-reklam-veteninfo
image-f300142f-7be0-35d8-ae41-c545b56be3a8_850backend

Somalidə partlayışlar olub, ölənlər və yaralananlar var

image-reklam-veteninfo

Somalinin paytaxtı Moqadişoda silsilə partlayışlar baş verib.

Veteninfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Somali Daxili İşlər Nazirliyi məlumat yayıb.

Partlayışlar nəticəsində azı 5 nəfər həlak olub, daha 16 sakin yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hücuma görə məsuliyyəti “Aş-Şabab” terror təşkilatı üzərinə götürüb. Silahlılar iki minalanmış maşından istifadə edərək altı partlayış törətdiklərini bildiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki