Aprelin 10-u günorta saatlarında Binəqədi rayonunda kütləvi dava baş verib.
Veteninfo.az-ın məlumatına görə, hadisə rayonun R.Allahverdiyev küçəsində qeydə alınıb.
Belə ki, Adəm Haqverdiyev, onun qardaşı Zaqil Haqverdiyev və qonşuluqda yaşayan Emin Nəzərov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onların küçədəki kütləvi dava-dalaş zamanı bıçaqlandığı məlum olub.
Hadisəni törədən şəxs və ya şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.
Faktla bağlı cinayət işi başlanılıb.