image-bicaq-2backend

SON DƏQİQƏ: Bakıda qadını müdafiə etmək istəyən qazimiz qətlə yetirildi

image-reklam_sirab_01

Bakının Nəsimi rayonunda qanlı hadisə baş verib.

Hadisə “Kubinka” ərazisində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Niyaməddin Ağayev naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb.

O, elə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları tərəfindən araşdırma aparılır.

***

Bakıda bıçaqlanan gənc oğlanın kimliyi məlum olub.

Ürəyindən bıçaqlanan Muradov Niyaməddin Dərşad oğlu parkda qətlə yetirilib.

O, naməlum kişini qadının əlindən telefon alaraq onu döyməsinin şahidi olub.

N. Muradov dərhal həmin kişinin bu əməlinin qarşısını almaq üçün qadını müdafiə etməyə çalışıb.

Naməlum kişi bıçaqla N.Muradovun ürəyinə zərbə endirib.

Xatırladaq ki, Niyaməddin Muradov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. o, “Qubadlının azad olunmasına” görə medalı ilə təltif edilib.

***

Prokurorluq Nəsimi rayonundakı qətllə bağlı məlumat yayıb.

Bildirilib ki, avqustun 15-i saat 01 radələrində paytaxtın Nəsimi rayonu, 3-cü Alatava ərazisində 1998-ci il təvəllüdlü Niyaməddin Muradovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1999-cu il təvəllüdlü Bəxtiyar Qarayevin aralarında yaranmış mübahisə zamanı əvvəldən tanımadığı Niyaməddin Muradovun döş qəfəsinin sol yarısına bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bəxtiyar Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq tədbirləri davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki