Türkiyənin paytaxtı Ankarada “Scholastic Aptitude Test” (SAT) imtahanının suallarını satmaqda şübhəli bilinən 6 nəfər saxlanılıb.
“Veteninfo” “NTV”yə istinadən xəbər verir ki, saxlanılan şəxslər sırasında Azərbaycan və İran əsilli vətəndaşlar da var.
Sözügedən şəxslər imtahan suallarını 2-3 min dollara satmaqda şübhəli bilinirlər.
Bildirilir ki, polisin həyata keçirdiyi əməliyyat nəticəsində Efsane G., Farnaz H., Fuad K., Alakbar K., Saeed K. ve Ali A. adlı şəxslər saxlanılıb. Saxlanılan şəxslərin yaşadıqları ünvanlarda aparılan axtarış tədbirləri zamanı 18 “SAT” imtahanı sual kitabçası, eləcə də çox sayda elektron materiallar aşkar olunub.