Naxçıvanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Veteninfo.az-a verilən xəbərə görə, aprelin 2-də saat 11 radələrində Culfa şəhəri ərazisində şəhər sakini Z.Səmədov idarə etdiyi “NazLifan LF” markalı avtomobillə yolu keçən həmyerlisi Hüseyn Fərəcovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Culfa RPİ-də araşdırma aparılır.