image-nazile-seferlibackend

SON DƏQİQƏ: Nazilə Səfərli həbs olundu, bir neçə polis işdən çıxarıldı

image-reklam_sirab_01

Şairə Nazilə Səfərli işğaldan azad olunan Kəlbəcər rayonuna qanunsuz yolla keçərək, orada nişan mərasimi edib.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, DİN-in İctimai Təhlükəsizlik idarəsi əməkdaşları Nazilə Səfərlini həbs edib. Ona 15 sutka həbs cəzası verilib.

Həmçinin qeyd olunub ki, Nazilə Səfərlinin Kəlbəcərə keçməsinə göz yuman Göygöl və Kəlbəcər rayonu polis əməkdaşlarından bəziləri işdən azad olunub, bəzilərinə töhmət verilib.

Hazırda Toğanalı kəndindəki polis postuna DİN İT İdarəsinin 70-dən çox əməkdaşı cəlb olunub.

Nazilə Səfərlinin sosial şəbəkə hesabından olayla bağlı bu mövqe paylaşılıb:

“Həm özümün, həm də maşınımın portalı (rəsmi icazə nəzərdə tutulur – red.) var. Kəlbəcərə qanunsuz keçmək mümkün də deyil. 4 post keçmişəm. Qanunsuz getmişəmsə, necə buraxıblar?”

Qeyd edək ki, DİN-dən saytımıza verilən məlumata görə, məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra məlumat veriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image