2024-cü ilin yanvar-iyul ayları ərzində 4 ton 299 kq 831,849 qr narkotik vasitələr və psixotrop maddə dövriyyədən çıxarılıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
Bildirilib ki, aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 299 kq 831,849 qr narkotik vasitələrin və psixotrop maddələrin 443 kq 879,659 qr-nı heroin, 3 ton 477 kq 782,82 qr-nı marixuana,103 kq 273,041 qr-nı tiryək, 29 kq 400,501 qr-nı həşiş, 137 kq 768,528 qr-nı psixotrop maddələr, 107 kq 727,3 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 13 568 ədəd metadon, 7902 ədəd çətənə kolu, 637qr və1472 ədəd güclü təsir edən və 2 kq 174,5 qr zəhərli maddə dövriyyədən götürülüb.
Qeyd edilib ki, hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1043,7 hektar sahədən 2 689 257 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılmış maddələrin ümumilikdə dəyəri 115 milyon 733 min AZN kimi qiymətləndirilir.