image-reklam-veteninfo
image-1backend

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

image-reklam-veteninfo

Siyəzən rayonunda sosial şəbəkədə qeyri-etik ifadələr səsləndirən şəxs həbs edilib.

Vətəninfo.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Rəvan Babayev (ad-soyad şərti verilib – red.) “Tik-tok” sosial şəbəkəsində özünə məxsus “siyezen_taksi_xidməti” adlı hesabında paylaşdığı videoda əxlaqsız ifadələr işlədib.

Babayev Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib edilib.

Siyəzən Rayon Məhkəməsinin qərarı ilə Babayev 8 gün müddətinə həbs edilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki