image-363917611_10218352454801694_306443633365554957_nbackend

Sovet mədəniyyəti necə qurdu?

image-reklam_sirab_01

Sovetləşmə bizə Şura höküməti olaraq gəldi.

O zaman bizim üçün hökümət anlayışı əsaslardan əsas idi.Kimikləmə prosesini yaşamayan əhalinin Dövlət anlayışı və düşüncəsi yox idi.Cümhüriyyət kağızda olandır,kağızların tanımasıdır və bir qrupun dərdidir,əhalinin dərdi deyildi.
Cümhüriyyətin ortaya çıxışı Şəxslərin maraqlar daxilində Yeni olanın olmasına cəhddir.Bu Yeni olan Şura höküməti ilə yenidən öz keçmişinə döndü.Hökümət mərkəzi Nikolaydan qalmış düşüncənin başqa bir şəklinə döndü.

Dövlətləşmə durdu.Mərkəzi Hakimiyyət Şura höküməti kimi tanındı.
Şura hökümətinin əsas dərdi fəhlə idi,kəndli prosesin içində deyildi.Kolxozlaşma kəndlinin fəhlə ilə uclaşıdrılmasının başlanğıcı oldu.Sinifləşmə sərt sərhədlər içində özünü göstərməyə başladı.”Yoldaş” artıq ümumi olan kimlik müstəvisinə çıxdı.Fəhlə ilə kəndli yoldaş olub bizə hansı mədəniyyət lazımdır sualını həll etməyə məcbur oldu.

Yoldaşların qarşısında Güclü və gücsüzlər olaraq formalaşdırılan kapitalizm var idi.

Kapitalızmın əksi olan nə vardısa sosiailizm quran Yoldaşların məsələsinə çevrildi.

Yoldaşların hökümətdən istədiyi nə idi,hökümət yoldaşlardan nə istəyirdi?

Yoldaşlar hökümətdən “işığlı gələcək”, hökümət yoldaşlardan “zərbəçi indi” istəyirdi.
Bu iki zaman tanıması ilə mədəniyyət quruculuğu başladı.

Mədəniyyət zamanın tanınması ilə başlar,zamanı tanımadan həyat tərzinə dönən yaşama mümkün olmur.

Məkanı quran İşdirsə,zamanı sabitləşdirən Mədəniyyətdir.Şura höküməti məkanı Fəhlələşdirib,zamanı isə ziyalılaşdırdı.Sovet mədəniyyəti bu iki təməl üzərində inşa edildi.
İşin dili,ədəbiyyatı,musiqisi,rəsmi fəhlələşdirildi və Fəhlə mədəniyyəti quruldu.
Kolxozçu bu prosesdə kəndli qaldı və kəndli kimi də aşağı bir kimlik funksiyasına tabe oldu.
Fəhlə ziyalı birliyi bizim düşüncəmizdə olmadığından ontoloji olaraq öz köhnə şəklini bərpa etməyə çalışdı,

Hökümət Sarayı əvəz etdi,fəhlə ziyalılar isə “nökər hambal” statusuna qayıtdı.Nökər uzun bir zaman içində dünəndən gələn ənənə olduğundan “nökərlər və hamballar”ın yeni statusu bizim mədəni kimliyimizin dəyərinə döndü.
Mədəniyyətin “nökər və hambal”larla inşası xidmətçiliyə bağlanan bir Hökümət anlayışını möhkəmləndirdi.
Dünəndən qalan mirasın şəkli budur,

Bu şəkli göstərmədən dərdlərə çarə axtarmaq qaranlığda qara pişiyi görmək istəməkdir.

İdris Heydərli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki