image-modern-az-27-04-2021-1619508797backend

“Soyqırımı ilə demokratiya qurmağa çalışan dövlətlərin “məğlublara mükafat, qaliblərə cəza siyasəti…”

image-reklam_sirab_01

“Amerika prezidentinin 24 aprel açıqlaması Ermənistanın faydasına deyil, gələcəkdə gerçək faciəsinə səbəb olan, məğlubiyyətində qonşu dövlətləri suçlandıran bir xalqın qəlbini ələ almağa və onları region dövlətlərindən qoparmağa, Türkiyəni Moskvadan ayırmağa və Suriyada, Liviyada təzyiq etməyə hesablanan riyakar  plandır. Baydenin çağırışı Qafqazlarda sona çatmış savaşı yenidən oyadır, sülh prosesinə zərbə vurur”.

Veteninfo.az xəbər verir ki, bunu parlametin iclasında çıxış edən deputat Zahid Oruc bildirib.

Deputat qeyd edib ki, Azərbaycanı və Türkiyəni müharibənin qalibi görən Fransa parlamenti “müstəqilliyi” tanıma təhdidi ilə, Ağ Ev isə siyasi şantajla məşğuldur:

“Baydenin “soyqırımı” kəlməsi yalnız Türkiyəyə, türklərə deyil, Azərbaycana da böyük zərərdir. Çünki soyqırımla demokratiya qurmağa çalışan dövlətlərin “məğlublara mükafat, qaliblərə cəza” siyasəti Avropanın digər dövlətləri tərəfindən də davam etdiriləcək.Ona görə də “Baydenin bəyanatında Türkiyə dövləti və xalqının adı yoxdur” deyənlərə sadə bir sualımız var: onda Osmanlını 100 il sonra mühakimə etmək Amerikanın nəyinə gərəkdir?
Türk əsgərinin Azərbaycanda varlığını tanımayan, Agdərədə gətirib öz ordusunu yerləşdirməyə çalışan, Minsk qrupunu dirçəltməyə cəhd edən, erməni xalqının müharibədə öz təslimçiliyini qəbul etdiyi halda ona “nəticələrlə barışma” deyən Paris və Vaşinqtonun birgə ssenarisidir.10 noyabr razılaşmasında imzası olmayan bir dövlətin səfiri ötən həftə prezident İlham Əliyevin bəyanatının ardınca Zəngəzura gəlib. Sual olunur, nədir o yollar açılsa, Ermənistan Azərbaycanın bütövlüyünü tanısa, Qərbin regionda planları pozular.

Erməni baş nazii 24 aprel müraciətində görün nə deyir – sitat: “Biz min illər keçsə də, soyqırımını unutmayacağıq”.Bəli, heyrətlənmək gərək deyil, çünki 1915-də öz intelektuallarını, mənəvi və mədəni elitasını itirdiklərini deyən ermənilər həqiqətən “baş”sız qalıblar.Baxın, son 55 ildə 30 dövlətin tanıdığı “soyqırımı”(sız) dövründə ermənilər milyonlarla sayda azalıblar.İmperiyaların maraqlarına xidmət etməklə ermənilərin sayı artmayıb. Paşinyan deyir ki, güclü müttəfiqlərimiz bizi qoruyacaq! Bundan böyük cinayət ideologiyası ola bilməz. Kiminsə kölgəsində yaşamaqla ermənilər Ermənistanda 2050-də 1 milyona düşəcəklər. Halbuki, son 100 ildə ilk dəfə yeni bir tarixi fürsət yaranmışdı.Nə Vudro Vilson, nə də Bayden yox, Türkiyə və Azərbaycan müəyyən şərtlər altında ermənilərin sağlığının  qarantiyasını verə bilər.

Yeri gəlmişkən, qisaslarını İrəvanda bayraq yandırmaqla çıxanlar bilsin ki, o bayraqlar yüzlərlə odlu-alovlu savaşladan keçib və heç bir atəş onu yox etməz və külünü tökdükləri İrəvanda bir gün yenidən dalğalanar! Qarabağda həmin bayraqlar altında yaşamaqdan başqa yolları qalmayacaq.
Xatırladaq ki, Amerika son 30 ildə Qarabaga 200 milyon dollardan artıq humanitar yardım edib. İndi Azərbaycan o yardımları doğma şəhərlərimizin soyqırımına xərcləyənlərin gerçək simasını dünyaya göstərir, qoy Konqres Ağdamın, Cəbrayılın, Qubadlının təzədən qurulması üçün xeyirxahlıq göstərsin, eyni yardımları ayırsın ki,  bəlkə bir küçədə adları qalsın!
“Türkiyə və Azərbaycanın birgə addımı nə olmalıdır?” deyənlərə cavabımız: belə açıqlamalardan, Konqresin, Senatın qərarından sonra ermənilər Ermənistanda qalmır, gedib Amerikada yaşayırlar! Cavab budur!”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki