image-367407_res_01backend

Şoyqu Arutyunyanla sərhəddəki vəziyyəti müzakirə etdi

image-reklam_sirab_01

Rusiya və Ermənistan müdafiə nazirləri Sergey Şoyqu ilə Vaqarşak Arutyunyan Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin həlli yollarını müzakirə ediblər. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat verib. Tərəflər, həmçinin Azərbaycan-Ermənistan sərhədinin Sünik və Qeqarkunsk vilayətlərindəki məntəqələrində Rusiya sərhədçilərinin yerləşdirilməsi məsələsini müzakirə ediblər.

Nazirlər telefon danışığı zamanı Qarabağdakı Rusiya sülhməramlı kontingentinin missiyasının həyata keçirilməsinə, müdafiə sahəsində Rusiya-Ermənistan əməkdaşlığına və bir sıra regional problemlərə də toxunublar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki