Ukraynada humanitar ehtiyaclar BMT-nin resurslarını üstələyib.
Bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik mətbuat konfransında bildirib.
“Ukraynanın Luqansk vilayətində fəaliyyət göstərən humanitar missiyamızdakı həmkarlarımız davam edən döyüşlər səbəbindən əraziyə yardım çatdıra bilmir və mülki şəxslərin mümkün təxliyəsinə dəstək verə bilmirlər”, – Stefan Dujarrik qeyd edib.
Sözcü münaqişə tərəflərini Ukraynadakı mülki insanları qorumağa və humanitar yardıma maneəsiz və təhlükəsiz çıxış imkanı yaratmağa çağırıb: “Dəhşətli münaqişənin səngiməsinə dair heç bir əlamət yoxdur. Ötən gün (iyunun 28-də – red) BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Rozmari DiKarlo isə Ukraynada müharibə başlayandan bəri 4 731 nəfərin həyatını itirdiyini açıqlayıb. Yerli hakimiyyət orqanları bizə bildirdilər ki, iki gün əvvəl Lisiçanskda su üçün növbəyə düzülən onlarla mülki şəxs Rusiya silahlılarının hücumuna məruz qalıb və həlak olub. Bu ərazilərdə su və səhiyyə xidmətlərinə çıxış narahatlıq doğuracaq dərəcədə məhdud olaraq qalır”.
S.Dujarrik əlavə edib ki, çətinliklərə baxmayaraq, BMT müharibə başlayandan doqquz milyon ukraynalıya kişi, qadın və uşağa yardımlar çatdırıb. Sözcü bölgədə humanitar ehtiyacların BMT-nin resurslarını üstələdiyini deyib.