image-reklam-veteninfo
image-nahid-canbaxislibackend

Strateji müttəfiqlik və tarixi həqiqətlər: Bakı Ankara ilə bir yumruqdur!-Nahid Canbaxışlı YAZIR

image-reklam-veteninfo

Azərbaycan və Türkiyə münasibətləri sadəcə iki dövlət arasındakı diplomatik əlaqə deyil, bu, “Bir millət, iki dövlət” şüarı ilə tarixin sınaqlarından keçmiş, qanla yoğrulmuş sarsılmaz qardaşlıq və strateji müttəfiqlikdir. Bu gün Azərbaycanın dövlət siyasətinin ana xəttini Türkiyə ilə olan bu müqəddəs bağ təşkil edir. Məhz bu səbəbdən, İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı tanımaqla bağlı atdığı qərəzli və tarixi həqiqətlərdən uzaq olan addım, rəsmi Bakı tərəfindən ən sərt şəkildə qarşılanıb və qınanılıb.

İsrailin bu addımı təkcə tarixi saxtalaşdırmaq cəhdi deyil, həm də Türkiyənin bölgədəki artan nüfuzuna, onun tarixi ədalət uğrunda apardığı prinsipial mübarizəyə qarşı həyata keçirilmiş siyasi təxribatdır. Qardaş Türkiyənin bölgədəki sülhə, sabitliyə və ədalətə verdiyi töhfələr, onun regional güc mərkəzi kimi yüksəlişi bəzi qüvvələri narahat edir. İsrailin bu cür ucuz və əsassız siyasi şoulara əl atması, onun özünün beynəlxalq nüfuzuna vurulmuş ciddi zərbədir.
Rəsmi Bakının Təl-Əvivə ünvanladığı sərt mesaj, Azərbaycanın öz strateji müttəfiqinin yanında necə möhkəm dayandığını bütün dünyaya bir daha nümayiş etdirdi. Azərbaycan üçün Türkiyənin milli maraqları öz milli maraqları qədər dəyərlidir. Bizim üçün Türkiyəyə qarşı edilən hər bir hörmətsizlik, birbaşa Azərbaycan dövlətinə və xalqına qarşı yönəlmiş hərəkət kimi qiymətləndirilir. Azərbaycanın Xarici İşlər Nazirliyinin mövqeyi birmənalıdır: Türkiyəyə qarşı aparılan qara piar kampaniyalarına heç bir ölkə, o cümlədən Azərbaycanın tərəfdaşlıq etdiyi dövlətlər də şərik ola bilməz.
İsrail anlamalıdır ki, tarixi faktlar siyasətçilərin günlük qərarları ilə dəyişmir. 1915-ci il hadisələrinin arxivlərin açılması ilə elmi şəkildə araşdırılmasını təklif edən Türkiyənin ədalətli mövqeyi qarşısında, İsrailin bu cür siyasi manipulyasiyalar etməsi yolverilməzdir. Azərbaycan, Türkiyənin şərəfini və tarixi həqiqətlərini hər zaman öz şərəfi kimi qoruyacaq və bu məsələdə güzəştə getmək mümkün deyil.
Bu gün Azərbaycan və Türkiyə bölgədəki geosiyasi proseslərin əsas hərəkətverici qüvvələridir. Bizim birliyimiz həm regionda, həm də dünyada sülhün və ədalətin təminatçısıdır. İsrailin bu qərəzli qərarı qardaşlıq bağlarımızı zəiflətmək əvəzinə, bizə “bir yumruq” olduğumuzu bir daha xatırladır.
Qeyd etməliyəm ki, Türkiyənin yanında olmaq Azərbaycanın həm dövlət, həm də mənəvi borcudur. Biz heç bir şərtlər daxilində qardaşımızı, strateji müttəfiqimizi və tarixi həqiqətlərimizi siyasi maraqların qurbanı etməyəcəyik. Rəsmi Bakının bu sərt mövqeyi təkcə bir diplomatik bəyanat deyil, həm də Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığının ifadəsidir.

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki