“Sülh quruculuğunda mədəniyyətdən danışanda biz mütləq şəkildə iki əsas güc və coğrafiya haqqında danışmalıyıq. Sülh mədəniyyətini formalaşdıran güc sözsüz Qafqazda Azərbaycandır” -bu fikirləri Mədəniyyət Televziyasının efirində siyasi ekpert Gülsel Səfərova bildirib.
Ekspert qeyd edib ki, Azərbaycan Avropa və Asiyaya qapıdır.
“Beynəlxalq təşkilatlar Ermənistan – Azərbaycan arasinda sülh quruculuğu mədəniyyətində birbaşa rol oynayacaqlar. Onlar dəstəkverici amildir. Xarici faktorlar Cənubi Qafqazda nə qədər az olsa, bir o qədər də Cənubi Qafqazda sülhü təmin etmək, sülh quruculuğu mədəniyyətini formalaşdırmaq bizim üçün daha əlçatan olacaq. Ermənistandan fərqli olaraq, ölkəmizdə çoxsaylı xalqlar və dinlər var. Azsaylı xalqlar belə öz dinlərinə ibadət edir. Tarix boyu Azərbaycan yaşayan heç bir azsaylı xalqa qarşı ayrı-seçkilik və ya diskriminasiya olmayıb. “- deyə Gülsel Səfəroiva bildirib.