image-ilham-1backend

Suqovuşanın və Talış kəndinin azad olunması bizim bu bölgədəki strateji yollara nəzarətimizi təmin etdi-İlham Əliyev

image-reklam_sirab_01

Bu kəndlərin strateji əhəmiyyəti ondadır ki, burada düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi. Bu kəndlərin azad olunması bizim bu bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər yaradıldı.

Veteninfo.az xəbər verir ki,bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Suqovuşan qəsəbəsində çıxışı zamanı Vətən müharibəsinin gedişində atılmış taktiki addımları şərh edərkən söyləyib.

Dövlətimizin başçısı deyib ki, Talış kəndində və Suqovuşan qəsəbəsində düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi və demək olar, müharibənin son gününə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmirdi.

“Birinci növbədə ona görə ki, strateji yollar artıq bizim nəzarətimizdə idi, ikincisi ona görə ki, əgər buradan düşmən öz canlı qüvvəsini başqa yerlərə çəksəydi, əlbəttə, Azərbaycan Ordusu bu istiqamətdə bundan sonra da böyük dərəcədə irəliləyə bilərdi. Ona görə bizim taktiki addımlarımız və manevr etmək imkanlarımız düşünülmüş addımlar idi və demək olar ki, burada düşmənin böyük bir hərbi birləşməsi iflic vəziyyətdə qalmışdı”, – deyə Prezident İlham Əliyev vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki