image-images-1backend

Şuşada vandalizmə məruz qalmış abidələr.

image-reklam_sirab_01

Tarixi abidələr keçmişdən gələcəyə körpüdür. Hər bir tarixi abidə məxsus olduğu xalqın, habelə dövrün mədəni mühitini özündə yaşadır.
Azərbaycanın hər diyarının özünə məxsus abidələri vardır. Ancaq mədəniyyət ocağı olan Şuşa onlardan seçilir. Bu mədəniyyət ocağında 350 hektarlıq qoruq zonasında 300 tarixi abidə, 550 qədim yaşayış binası, 870 m uzunluğunda tarixi qala divarları və.s.olmuşdur. Tarixi abidələrdən 23-çü respublika və dünya əhəmiyyətli abidələrə aiddir. Şuşada milli abidələrin çoxluğu, onların rəngarəngliyi baxımından fərqlənməsi, haqlı olaraq Şuşa şəhərini Azərbaycan mədəniyyətinin ən zəngin beşiyi adlandırılmasına səbəb olubdur.
1992-ci ildə Şuşa şəhəri qəsibkar ermənilər tərəfindən işğal edilir. Bu mədəniyyət ocağının işğal etməklə yanaşı, oradakı daşınmaz tarix və mədəniyyət abidələri, milli-mədəni dəyərlərə malik binalar, tarixi memarlıq kompleksləri saymaqla tükənməyən onlarla abidələri ermənilər planlı şəkildə vandalizmə uğratmışlar.
Vandalizmə məruz qalmış abidələr:
1.Aşağı Gövhərağa məscidi – Bu məscid Qarabağ xanı olan İbrahim xanın qızı Gövhərağanın vəsaiti hesabına tikilmişdir. Bu xeyriyyəçi qadının əsl adı Gövhərnisə olmuşdur. Məscid Şuşa şəhərində 1874-1875-ci illərdə memar Kərbəlayı Səfirxan Qarabaği tərəfindən inşa edilmişdir. Aşağı Gövhərağa məscidi 1992-ci ilin mayında ermənilərin Şuşaya hücumu zamanı zirehli texnikaların atəşi zamanı məscidin binası və minarələri ciddi zədələnibdir. Bundan başqa işğaldan sonra məscidin içini darmadağın edərək , tövlə kimi istifadə etmişdilər.
2.Xurşudbanu Natəvanın evi – Görkəmli Azərbaycan şairəsi olan Xurşidbanu Natəvanın evi Şuşa şəhərində yerləşir. Bu abidə XVIII-XIX əsrlərə aiddir. Ermənilərin qəsbkarlıqları nəticəsində bu ev yarıuçuq vəziyyətdədir. Bu evin içərisi dağıdılmış və içərisindəki qiymətli əşyalar ermənilər tərəfindən oğurlanmışdır.
3.Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi – Bu abidənin inşasına memar A.V. Salamzadə və E.İ.Kanukovun layihəsi əsasında 1977-ci ildə başlanılmışdır. Kompleksin açılışı 1982-ci ilin yanvar ayında olmuşdur. Bu kompleks Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üstündə inşa edilmişdir. Kompleksin açılışında Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri iştirak etmişdilər.
1992-ci ilin may ayında vandal ermənilər Şuşa şəhərini işğal etdikləri zaman kompleksin binası və burada sərgilənən onlarca eksponat məhv edilmiş və aparılması mümkün olan eksponatlar isə Ermənistana aparılmışdır.
4.Şuşa Musiqi məktəbi – Bu məktəb 10 oktyabr 1932-ci ildə açılmışdır. Musiqi məktəbi Xan qızı Natəvanın evində təşkil olunmuşdu. Musiqi məktəbinin açılmasında məşhur şuşalı xanəndə olan Bülbülün böyük rolu olmuşdur. Bu məktəb Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi idi. Təəssüflər olsun ki, digər abidələr kimi bu məktəb də ermənilər tərəfindən dağıdılmışdır.
5. Şuşa şəhər tarix muzeyi – Muzeydə Şuşa şəhərinin tarixini əks etdirən nadir fotoşəkillər, XIX-XX əsrin əvvəllərinə aid sənədlər, Azərbaycan ziyalıları, maarifçilər, xanəndələr, musiqişünaslar və yazıçılar haqqında maraqlı stendlər və eksponatlar saxlanılırdı. Bununla yanaşı Şuşa xalçaları, bədii toxuculuq nümunələri, incəsənət əşyaları , dolçalar, dulusçuluq məmulatları saxlanılırdı.
1992-ci ilin may ayında Şuşa şəhəri işğalçı Ermənistan ordusu tərəfindən zəbt olunduqdan sonra dağıdılmışdır. Çox təəssüflər ki, muzeyin içindəki qiymətli əşyalar ermənilər tərəfindən oğurlanmış və məhv edilmişdir.
6.Bülbülün ev-muzeyi – Ev-muzey kiçik həyət, iki otaq və eyvandan ibarətdir. Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyəti haqqında nadir, çox qiymətli sənədlər burada nümayiş olunurdu. Erməni qəsibkarlarının Şuşa şəhərini işğal etməsi nəticəsində muzeyin 6 mindən artıq eksponatı məhv edilmiş və aparılması mümkün olanlar isə Ermənistana aparılmışdır. Bu da ermənilərin necə quldur və vəhşi təbiətli olduqlarının əsas dəlilidir.
Bülbülün erməni vəhşiləri tərəfindən güllələnmiş heykəli Azərbaycan Milli İncəsənət Muzeyinin həyatında saxlanılmışdır.
Ümumiyyətlə Ermənistanın işğalı nəticəsində Şuşa şəhərində olan tarix və mədəniyyət abidələrinə vurulan zərərin cəmi təxminən 11,3 milyard dollar təşkil edir.Bəlkə də bu miqdardan da çoxdur.
Qəhrəman və cəsur ordumuzun sayəsində Şuşa şəhəri azad edildi. Şuşanın azad edilməsi mədəniyyət ocağının yenidən dirçəlməsi deməkdir.
Cənab prezident İlham Əliyevin yanvar ayında Şuşaya səfəri zamanı Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini Şuşaya geri qaytardı.
Prezident İlham Əliyev Şuşadakı erməni vandalizmini belə ifadə etmişdir. “Otuz il ərzində ermənilər bütün bulaqlarımızı qurudublar. Görün şəhər nə gündədir, düşmən Şuşanı nə günə salıb.
Bura Pənahəli xanın sarayı olub. Şuşanı quran, Şuşanı salan
Pənahəli xan özü üçün burada saray tikdirib. İndi görün, ermənilər nə günə salıblar bu sarayı.
Tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq ediblər. Bütün beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər bunları. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər.”
Xalqımız artıq təəssüflənməyəcək. Çünki artıq mədəniyyət ocağı olan Şuşa azaddır. Prezident İlham Əliyevin göstərişləri ilə dağıdılmış abidələr yenidən bərpa ediləcəkdir. Gözəl Şuşamız əvvəlki görkəminə qayıdacaq. Cənab prezident İlham Əliyev Şuşanın bərpası haqqında dəyərli sözlər işlədib. “Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq, 100 faiz”

 

Ələkbərova Fatimə İsmayıl qızı
Bakı Slavyan Universiteti

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki