image-6backend

Syerra-Leonedə partlayış nəticəsində ölənlərin sayı 131-ə çatıb

image-reklam_sirab_01

Syerra-Leonenin paytaxtı Fritaun şəhərində benzin tankerinin bir neçə gün əvvəl partlaması nəticəsində ölənlərin sayı artıb.

Veteninfo.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, ölənlərin sayı 131-ə çatıb.

Milli Fəlakətlərin Fəsadlarına Qarşı Mübarizə Milli Agentliyinin rəhbəri Məhəmməd Lamrana Bah Fritaunun şərqindəki Vellinqtonda baş verən qəzada yaralanan 63 nəfərin müalicəsinin davam etdiyini, onlardan 19-nun vəziyyətinin ağır olduğunu bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı qəzada yaralananlara kömək etmək üçün Sierra Leoneyə 6,6 ton təcili tibbi ləvazimat göndərib.

Qeyd edək ki, hadisə bir neçə gün əvvəl baş verib. Yanacaq çəni dolu olan tanker qranit plitələri daşıyan yük maşını ilə toqquşub. Qəzadan sonra partlayış baş verib.

Bundan əvvəl qəza nəticəsində 115 nəfərin öldüyü, 100-dən çox insan yaralandığı bildirilirdi.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki