image-1backend

Tağı Əhmədovun keçmiş müavini bəraət almaq üçün məhkəməyə müraciət etdi

image-reklam_sirab_01

Bakı Metropoliteni rəisinin sabiq müavini Arif Yunis oğlu Rəsulov bəraət almaq üçün ötən ilin oktyabr ayında Ali Məhkəməyə müraciət edib.

Vətəninfo.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən Arif Rəsulovun şikayətinə mart ayının 12-də hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun yaxın qohumu, həm də uzun illər müavini işləmiş Arif Rəsulov Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən məhkəmə prosesində 178.3.2-ci maddəsi ilə 1 il sınaq müddəti olmaqla 5 il şərti azadlıqdan məhrum edilib. Hökmlə razılaşmayan keçmiş rəis müavini apellyasiya şikayəti versədə 1-ci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.“Unikal”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki