“Ümid edirəm ki, Nazirlər Kabineti 28 May – Müstəqillik Günü və 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyri-iş günü olması barədə qərar qəbul edəcək”.
Veteninfo.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında “Müstəqlillik Günü haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib.
Deputat xatırladıb ki, 1991-ci ilin 18 oktyabrında “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul olunması əslində dövlət müstəqilliyinin bərpasıdır:
“O vaxt hazırlanma prosesində tələskənlik olduğundan ad düzgün ifadə olunmayıb. Əslində, 30 avqust tarixində biz “Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası haqqında Bəyannamə” qəbul etmişdik. Yəni, Müstəqilliyin Bərpası Günü hələ 1991-ci ildə qəbul olunmuş bəyannamədir”.