image-1backend

Taliban” MMA idman növünü Əfqanıstanda qadağan etdi

image-reklam_sirab_01

“Taliban” hərəkatı MMA-nı (qarışıq döyük şənəti) İslam qanunlarına sığmayan idman növü adlandırıb və Əfqanıstanda qadağan edib.
Vətəninfo.az xəbər verir ki, “Taliban”ın İdman və Bədən Tərbiyəsi İdarəsinin sözçüsü Atel Meşvani bildirib ki, məsələ ilə bağlı qərar verildikdən sonra ölkədə MMA yarışları keçirilməyəcək.
“Artıq bu idman növü ilə bağlı dini fikirlər var idi və araşdırmanın nəticəsi belə oldu ki, açıq döyüşə icazə verilməsin. MMA şəriət qanunları baxımından problemlidir və İslam təlimləri ilə ziddiyyət təşkil edir”, – deyə, idarə əlavə edib.
“Taliban” hərakatının rəsmiləri MMA-nın çox zorakı və ölüm təhlükəsinin olduğunu qeyd ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image