image-photo-2021-11-05-16-15-37backend

Tarixi gün

image-reklam_sirab_01

Azərbaycan bir dövlət kimi formalaşdığı gündən bu günə qədər böyük bir tarixi olmuşdur. Bu tarix boyu həm müharibələr, həm də böyük qələbələr yaşamışdır. Azərbaycan xalqı hələ neçə illər bundan əvvəl müstəqil bir dövlət deyildi. Və illər boyu müstəqillik əldə etmək uğrunda böyük mübarizələr aparmışdır. Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı.Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Bu tarix Azərbaycan üçün Şanlı bir tarix idi. Azərbaycan tarixində zəfər tarixləri ilə yanaşı ağrılı, acılı tarixlər də olmuşdur. Bu tarixlər bunlardır. 1990-cı 20 Yanvar Azərbaycan Xalqının hüzn günüdür. Daha sonra digər kədərli tarixlərə Mənfur düşmənin 30 il müddətində işğal altında saxladığı tarixi torpaqlarımızın işğal tarixləri idi. Tarixi torpaqlar uzun müddət işğal altında qalsada, artıq bu gün Azərbaycan xalqının və ordusunun gücü və birliyi sayəsində torpaqlarımızı işğaldan azad etdik. Azərbaycan xalqının tarixi günlərindən biri Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür.  1918- ci il 9 Noyabr tarixli qərara əsasən Göy, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkiz guşəli ulduzdan ibarət olan bayraq Milli Bayraq adlandırıldı. Və Tarix boyu yaşadığımız ən böyük zəfər tarixinə gedən yol 27 sentyabr 2020-ci ildən başladı. Azərbaycan xalqı bu İkinci Qarabağ Müharibəsində 44 gün ərzində yenidən ərazi bütövlüyünü əldə etdi və illərdir həsrətində olduğu, uğrunda minlərlə igidlərin şəhid olduğu doğma torpaqlarını geri qaytardı. Doğma torpaqlarımızın azad olunduğu zəfər tarixlərimiz.

Cəbrayıl  04.10.2020

Füzuli     17.10.2020

Zəngilan  20.10.2020

Qubadlı 25.10.2020

Şuşa        08.11.2020

Ağdam    10.11.2020

Laçın       10.11.2020

Kəlbəcər  10.11.2020

Xankəndi  10.11.2020

Xocalı         10.11.2020

Xocavənd   10.11.2020

Ağdərə       10.11.2020

Bu tarixlərin əsasında böyük zərər tariximiz yarandı. Və bu tarix Prezident İlham Əliyevin dekabrğın 3-də imzaladığı “Azərbaycan Respublikadında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncama əsasən 8 Noyabr Zəfər Günü elan edildi. Bu gözəl zəfər tarixi yaşamağımıza səbəb olan igid qəhrəmanlarımızdır. Şəhidlərimizin hər biri bizim üçün unudulmuyan böyük bir tarixdirlər. Biz də öz vəzifəmizi yerinə yetirərək nə o tarixləri özümüz Unutmalı, nə də Unutdurmalıyıq.

 

 

Nəsimi Rayon Gənci: Yusubova Təravət.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki