image-90backend

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib

image-reklam_sirab_01

Noyabrın 4-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib.

Veteninfo.az xəbər verir ki, komitənin sədri Sadiq Qurbanov iclası açaraq gündəliyi təqdim edib.

O bildirib ki, komitənin müzakirəsinə Su Məcəlləsində, Gömrük Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Dərman vasitələri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) çıxarılıb. Sənəd “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb. Həmin qanun layihəsinə əsasən, dövlət rüsumunun məbləğləri və ödənilməsi qaydası ilə bağlı məsələlər “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilməlidir və bu məqsədlə bir sıra hüquqi hərəkətlərə və xidmətlərə görə dövlət rüsumlarında dəyişikliklər müəyyən edilib.

Qanun layihəsinin müzakirələrində komitə üzvləri Nəsib Məhəməliyev, İltizam Yusifov, Naqif Həmzəyev, Fatma Yıldırım, Əliabbas Salahzadə çıxış ediblər. Onlar bütövlükdə qanun layihəsini dəstəklədiklərini bildiriblər.
Qeyd olunub ki, təkcə rüsumlarla bağlı olmayan dəyişikliklərdə həm də faydalı qazıntılardan, su ehtiyatlarından səmərəli istifadə kimi məsələlər də öz əksini tapıb. İclasın sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Onlayn iclasda Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri Afət Həsənova və Məşhur Məmmədov da iştirak ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki