Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Sabirabad rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
Veteninfo-nun məlumatına görə, idarə əməkdaşları əməliyyat zamanı Sabirabad rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin müdiri-baş memarı Qasımov Müşviq Vidadi oğlu oğlu saxlanılıb.
M. Qasımovun rüşvət alarkən yaxalandığı bildirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən faktla bağlı ictimaiyyətə açıqlama veriləcək.(trend.az)