image-1624124057-750-450backend

TƏCİLİ! Erməni generallar Xankəndidə Şuşa əməliyyatına HAZIRLAŞIR – ANBAAN VİDEO

image-reklam_sirab_01

“Samvel Babayanın Azərbaycan ordusunun Şuşaya yaxınlaşmasının qarşısını almaq üçün əməliyyat planlaşdırdığı bunkerdən yayımlanan video ermənilərin bu müharibədəki mümkün şansları barədə bütün sualları aradan qaldırır”.

Veteninfo.az xəbər verir ki, bu cümlə sözügedən videonu yayımlayan Ermənistan teleqram-kanallarından birinin həmin görüntülərə yazdığı şərhdəndir.

“Bir dəstə general, MTX-nin keçmiş başçısı (Ermənistan milli təhlükəsizlik xidmətinin keçmiş rəisi Artur Vanesyan nəzərdə tutulur-S.L.) və heç kəs zəng vuran cib telefonlarını söndürmək üçün narahat olmadı.

Əməliyyat gizli hazırlandığı təqdirdə bütün bunları kimin və niyə telefona çəkdiyi məlum deyil.
Calalın(separatçı rejimin müharibə zamanı Azərbaycan ordusu tərəfindən avtomobilində vurulmuş qanunsuz “müdafiə naziri” Calal Arutyunyan nəzərdə tutulur-S.L.) maşında necə “qızardıldığı” sualına da bu video cavab verir.

Yoldaş köhnə generallar, hamınız təqaüdə çıxın və gənc zabitləri hərbi işləri öyrənmək üçün normal ölkələrə göndərin. Bu, səmərəli bir ordu yaratmaq üçün yeganə şansdır.

Videodakı bütün adamlar hələ birinci Qarabağ müharibəsi düşüncəsi ilə yaşayırlar”- şərhin ardında belə deyilir./moderator.az/

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki