image-img-20210530-wa0002backend

Təhsil Türkiyə-Azərbaycan əməkdaşlığının önəmli bir hissəsidir

image-reklam_sirab_01

Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri qədim tarixə malıkdır. Bütün sahələri əhatə edən bu münasibətlər ölkəmiz müstəqillik qazandıqdan sonra daha da genişlənib.
Ulu öndər Heydər Əliyevin “Bir millər, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan, tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla davam edir.
Bu gün Türkiyə əhəmiyyətli sosial-iqtisadi və elmi tərəqqi, hərtərəfli inkişaf yolu keçərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilib. Qürur hissi ilə qeyd edə bilərik ki, qırılmaz tellərlə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə münasibətləri hazırda ən yüksək səviyyədədir. Dostluq və qardaşlıq üzərində qurulan dövlətlərarası münasibətlərimizin bu səviyyəyə gəlib çatmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın misilsiz rolu var. Çoxşaxəli ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi yolunda onların qətiyyətli siyasəti, qardaş ölkənin Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi uğrunda haqq işinə bütün müstəvidə açıq, tərəddüdsüz mənəvi və siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. 44 günlük ikinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstək həmişə xatirimizdə qalacaq.
Bütün sahələrdə olduğu kimi təhsil sahəsində də ölkələrimiz arasında əlaqələr daim inkişaf edir. Bu əlaqələrin vəziyyəti və gələcək inkişaf perspektivləri may ayının 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuk ilə görüşündə müzakirə edilmişdir.
Görüşdə qeyd edilmişdir ki, bu gün Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir və elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Təhsil sahəsi də əməkdaşlığımızın önəmli bir hissəsidir. Çünki gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçünbu sahədə çox önəmli addımlar atılmalıdır və əslində atılır.
Görüş zamanı dövlətimizin başçısı İkinci Qarabağ müharibəsindən sonra başlanmış bərpa və yenidənqurma dövrü barədə danışaraq bildirib ki, “İndi şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur. Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli bu ay qoyulmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin də təməlqoyma mərasimi proqramda öz əksini tapıbdır”.
Türkiyə təcrübəsinin Azərbaycan üçün önəminə toxunan Prezident İlham Əliyev qeyd edib ki, həm təhsil, təhsilin keyfiyyətinin yüksəldilməsi, eyni zamanda, Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə təkliflər də müzakirə edilməlidir.
Müasir dövrün tələbləri elm, təhsil sahəsində inteqrasiyanın dərinləşdirilməsinin, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini göstərir. Bu baxımdan yüksək ixtisaslı kadr hazırlığı məqsədilə xarici ölkələrin, xüsusilə Türkiyənin qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin davamlı inkişaf etdirilməsi universitetlərin prioritet istiqamətləri kimi müəyyənləşdirilib.
Bununla əlaqədar hər iki dövlət arasında təhsil sahəsində əməkdaşlığın inkişafı prinsipial məsələlərdəndir. Bu sahədə əməkdaşlıq əlaqələri çox önəmli olduğundan gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün bu sahədə çox mühüm addımlar atılmalıdır.
Azərbaycan təhsili üçün ən vacib istiqamətlərdən biri də peşə təhsili sahəsidir. Bununla bağlı işlər davam etməkdədir. Bu gün azad edilmiş torpaqlarda və bütün ölkə üzrə yeni təhsilli kadrların hazırlanması çox böyük önəm daşıyır və belə kadrlara böyük ehtiyac vardır. Bununla əlaqədar olaraq azad edilmiş torpaqlarda ixtisaslar üzrə, o bölgələrin potensialına uyğun olaraq peşə məktəblərinin yaradılmasə mühüm əhəmiyyət kəsb edir.
Ölkə başçısı Ziya Selçuk ilə görüşdə həm də tarixin təhrif olunmasının yolveilməzliyinə toxundu. Gənclər öz ölkələrinin tarixini olduğu kimi bilməlidir. Təhrif edilmiş tarixin böyük təhlükələri var. Sovetlər dönəmində tariximiz bilərəkdən təhrif edilmiş, düşmən dost və qəhrəman kimi, dost isə düşmən kimi göstərilirdi. Müstəqilliyə qovuşandan sonra real tarixi bildik. Ona görə, müasir tariximizi olduğu kimi təqdim etməliyik və bu sahədə çalışmalıyıq.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki