image-reklam-veteninfo
image-imagesbackend

Ter Ştegen “Ayaks”a transfer olmağa yaxındır

image-reklam-veteninfo

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen karyerasını Niderlandda davam etdirə bilər.

Vətəninfo.az xəbər verir ki, məşhur insayder Fabrizio Romanonun məlumatına görə, alman qolkiperin Erediviziya təmsilçisi “Ayaks”a keçidi gündəmdədir və tərəflər arasında danışıqlar irəliləyir.

Bildirilib ki, Amsterdam klubunun baş məşqçisi Mihel və idman direktoru Jordi Kroyff təcrübəli qapıçının transferində maraqlıdır.

Hazırda “Ayaks” və “Barselona” arasında Ter Ştegenin icarə əsasında transferi ilə bağlı danışıqlar davam edir.

Transferin yaxın günlərdə yekunlaşa biləcəyi istisna olunmur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki