İsrailin könüllü xilasetmə işləri ilə məşğul olan ZAKA qeyri-hökumət təşkilatının üzvləri ölkənin cənubunda yerləşən Reimdə azı 260 cəsəd tapıblar.
Vətəninfo.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti təşkilatın nümayəndələrinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, onların hamısı HƏMAS-ın hava hücumları nəticəsində açıq havada keçirilən musiqi festivalı zamanı öldürülüb.
Bundan əlavə, İsrail dövri nəşri yaraqlıların tədbirin bir çox iştirakçısını güllələdiyini, qurbanların sayının arta biləcəyini yazır.


























