Azərbaycan vətəndaşı terrorçuluğu maliyyələşdirməyə görə həbs edilib.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abit Mərdanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə ittiham olunduğu cinayət əməllərinə görə həbs edilib.
Bu barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilib.
Belə ki, Abit Mərdanov terrorçuluğu maliyyələşdirmə cinayət əməllərini törətməkdə təqsirləndirilir.