Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Londonda ən yaxşısı kimi tanınıb və məşhur “Peaky Blinders” teleserialının qəhrəmanı kimi təsvir edilib.
Rəcəbov Qlobal Şahmat Liqasının 8-ci turunda iranlı Pərham Maqsudlanı qara fiqurlarla məğlub edərək, klubu “Triverni Kinqs”i məğlubiyyətdən xilas edib (3:3).
Azərbaycan şahmatçı klubu turnir cədvəlində üçüncü yeri tutur.
Digər azərbaycanlı Şəhriyar Məmmədyarovun klubu “Alaskan Knights” liqaya liderlik etməkdə davam edir.